Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen ABŞ-nin adanı almayacağını bildirib.

"Unikal" xəbər verir ki, yeni baş nazir Trampın Qrenlandiyanın ilhaqına dair açıqlamalarına belə cavab verib:

"Tramp deyib ki, ABŞ "Qrenlandiyanı alacaq". Mən açıq deyim: ABŞ adanı ala bilməyəcək. Biz başqalarına aid deyilik. Öz gələcəyimizə özümüz qərar veririk... Bu, dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaq".

Onun sözlərinə görə, Qrenlandiya xalqı Trampın bəyanatlarından qorxmamalı və ona “sakit, ləyaqət və birliklə” cavab verməlidir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bu təşəbbüsünün uğur qazanacağına 100% əmin olduğunu bildirib.