Gürcüstanda polis maşınına ziyan vuran Rusiya vətəndaşı saxlanılıb.
"Unikal" xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1995-ci il təvəllüdlü təqsirləndirilən şəxs martın 28-də Rustaveli prospektində hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı maska taxaraq insidenti qəsdən törədib.
Onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.