Bəzi məmur şirkətlərinin yeni bəhanəsi
19:19 18-08-2013
İQTİSADİYYAT
Bəzi məmur şirkətlərinin yeni bəhanəsi
Onlar işçilərinin pullarını niyə kəsirlər?
Seçkiyə bir neçə ay qalmışdan etibarən bəzi özəl şirkətlərdə işçilər maaş problemi ilə üzləşiblər. Onların bəziləri işçilərin maaşını ümumiyyətlə vermir və mə müqaviləsi bağlanmadığından həmin işçilərin öz haqlarını tələb etmələri müşkülə çevrilir, bəziləri isə işçilərin qanuni maaşlarının, əmək haqlarının xeyli hissəsini kəsərək ödəyirlər.
Artıq bölgələrdəki bəzi şirkətlərdən bununla bağlı mətbuata narazılıq dolu şikayət məktubları ünvanlanır. Halal maaşlarını ala bilməyən fəhlələr əlaqədar qurumlara, yerli icra hakimiyyətlərinə, məhkəmələrə müraciətlərinin bəhrəsiz qaldığını görüb KİV-ə üz tutmaq məcburiyyətində qalırlar.
Müşahidələr də arxalarında müəyyən vəzifəli şəxslərin dayandığı, onların yaxınları tərəfindən idarə olunan özəl şirkətlərdə işçilərin əmək haqlarının ödənməsi sarıdan problemlər yaşandığını söyləməyə əsas verir. Bildirilir ki, bəzi məmur şirkətlərində işçilərin vaxtlı-vaxtında maaş ala bilməməsi və ya əmək haqlarını yarımçıq almaları seçki ilə əlaqələndirilir. Bildirilir ki, xərclər artıb, ona görə də maliyyə sarıdan korluq yaranıb. İşçilər isə bunu bəhanə hesab edirlər. Onların fikrincə, seçki bəhanəsi ilə fəhlələrin pulları mənimsənilir.
Qeyd edək ki, analoji vəziyyət bir neçə ay əvvəl də kəskin şəkil almışdı. Regionlarda müxtəlif dövlət investisiya layihələrinin icrasında çalışanların maaşlarının azaldıldığı və vaxtında ödənilmədiyi yönündə şikayətlər vardı. Həmin vaxt bu cür hallar icraçı şirkətlər tərəfindən inkar edilirdi, baxmayaraq ki, onların süründürməçiliyindən bezənlərin sayı kifayət qədər idi, bu qədər işçi yalan danışa və hətta işi məhkəməyədək uzada bilməzdilər. İndi mətbuatdakı şikayətləri və ümumi müşahidələri əsas götürsək həqiqətən belə bir problemin olduğu və get-gedə dərinləşdiyi təəəssüratı yaranır. Fərq isə ondadır ki, artıq məmur şirkətlərinin əlində əmək haqlarını tələb edən işçiləri yola vermək üçün seçki kimi bəhanə var.
Hətta deyilənə görə, bu durumdan narazı qalanlar və etiraz edənlərə səslərini çıxarmamaları ilə bağlı xəbərdarlıq edilir, bildirilir ki, əks təqdirdə onlara "siyasi araqarışdıran" damğası vurulacaq və belədə vəziyyətləri daha da ağırlaşacaq.
Qeyd edək ki, hələ bir müddət əvvəl məlumat yayılmışdı ki, bu ilin I rübündə özəl tikinti şirkətlərində çalışan isçilərin orta əmək haqqı 640 manatdan çox olub. Amma bu şirkətlərdə əmək haqqı orta hesabla 1,6% azalıb. Amma bununla özəl sektor inşaatçılara dövlət şirkətlərindən orta hesabla 484,3 manat, yəni 12,2% çox maaş verir. I rübdə ölkədə insaatçıların orta əmək haqqı 588,7 manat olub. Əvvəlki ilin muvafiq dovrünə nisbətən artım 5,1 faizdir. Həmin vaxt KİV yazırdı ki, Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var, onlar ayrı-ayrı nüfuzlu məmurların himayəsi, qeyri-rəsmi patronajlığı altında fəaliyyət göstərirlər. Odur ki, yuxarıdakı rəqəmlərdən həm də bəzi məmurların gəlirlərinin azaldığı qənaətinə varmaq mümkündür. Tikinti biznesi olan məmurlar əgər işçilərinə əmək haqlarını az verməyə başlayıblarsa, bu, onların şirkətlərinin hansısa böhranından xəbər verir, eyni zamanda da belə məmurların maddi itkilərinin yarandığını əminliklə söyləmək imkanı açır.
İndi ayrı-ayrı özəl şirkətlərdə maaşların vaxtında verilməsi, ödənişin tam həyata keçirilməsi ilə bağlı problemlər yaranıbsa belə bir variant mümkündür ki, hazırda ölkədə yalnız tikintidə deyil. Digər sahələrdə çalışan özəl şirkətlər də hansısa maddi sıxıntı içərisindədirlər. Əgər belə bir ehtimal doğrudursa, deməli, onda bu, həmin şirkətlərə patronajlıq edən məmurların da gəlir baxımından yaxşı günlər yaşamadığının işarəti kimi qəbul edilə bilər.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23