Türkiyəli blogerin İrəvanda lentə aldığı videoların dərci ilə bağlı Ermənistanda cinayət işi açılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayımda Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib və tarixi Azərbaycan torpağında olduğunu bildirib.