Özbəkistanın Əndican vilayətində məsciddə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin (FHN) Telegram kanalında məlumat verilib.

Nazirliyin məlumatına görə, xilasedicilərə Əndican vilayətinin İzbaskan rayonunda Mirzo Uluqbek dini qurumunun ərazisindəki məscidlərdən birində “qaz-hava qarışığının yayılması” barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 10 nəfər xəsarət alıb.