İsrail hökuməti Qəzza zolağında 40 günlük atəşkəs yaratmaq üçün Fələstinin HƏMAS hərəkatından 11 girovu azad etməyi tələb edir.
"Unikal" xəbər verir ki, bu barədə “Jerusalem Post” (JPost) qəzeti İsrail təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət İsrail ordusunun əsgəri İdan Aleksandr və daha 10 girovdan gedir. Bundan əlavə, Tel-Əviv oğurlanmış vətəndaşların vəziyyəti ilə bağlı onlara ətraflı məlumat verilməsini tələb edir.
Qeyd edək ki, HƏMAS hazırda beş girovu azad etməyə hazır olduğunu bildirib, lakin İsrail hakimiyyəti bununla razılaşmayıb.