Serb Respublikasının Prezidenti Milorad Dodik Moskvaya gedib.

"Unikal" xəbər verir ki, o bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib:

“Mən Moskvaya gəlmişəm. “Buraya etdiyim hər səfər 28 milyon rusiyalının xatirəsini ehtiramla yad etmək üçün Naməlum Əsgər abidəsini ziyarət etməkdən başlayır”, - deyə siyasətçi qeyd edib.