Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planı təsdiq edilib.
Bu barədə "Unikal"a Komissiyadan məlumat verilib.
Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planı təsdiq edilib və aidiyyəti üzrə icraya yönəldilib.
Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilib.