Haitidə quldurlar Mirebalais şəhərini ələ keçirərək yüzlərlə məhbusu həbsdən azad ediblər.

"Unikal" xəbər verir ki,  bu  barədə "Rezo Nodwes" portalı məlumat dərc edib. 

KİV yazır ki, martın 31-də onlarla silahlı cinayətkar şəhərə basqın edib. Dəstələr yüzlərlə məhkumu həbsxanadan azad edib, bir neçə nəfəri qətlə yetirib. 

Portal qeyd edir ki, insident polisin səhlənkarlığını nümayiş etdirib: cinayətkarlar şəhəri ələ keçirmək niyyətində olduqlarını bəyan ediblər. Yerli əhali nəzarəti gücləndirməyə çağırsa da, hakimiyyət heç bir tədbir görməyib.

Gülayə Mecid