"Azərbaycanlı həmkarım sülh müqaviləsi layihəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüş təklifimi açıq şəkildə rədd edərək, məni populist adlandırıb".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan özünün X səhifəsində yazıb.
O, təklifinin hələ də qüvvədə qaldığını bildirib: "Mən regionumuzda sülh və sabitlik naminə yorulmadan çalışaraq parlamentlərarası səviyyədə etimad quruculuğu tədbirləri ilə məşğul olmağa hazıram".
Qeyd edək ki, bir neçə gün əvvəl Sarqis Xandanyan Milli Məclisin Xarici Əlaqələr Komitəsinin sədri Səməd Seyidova müraciət edərək Ermənistan və Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələrinin iclasının keçirilməsini təklif edib.
Ağarza Elçinoğlu