ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla şəxsi görüşü istisna etməyib və onu “ağıllı oğlan” adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.

"Bizim əla münasibətimiz var... O, ağıllı oğlandır. Mən onu daha yaxından tanımalıyam", - Tramp qeyd edib.

O, əlavə edib ki, KXDR rəhbəri ilə ünsiyyətdə olmaq çox vacibdir. 

Bundan əvvəl Tramp Ağ Evdə mətbuat konfransı zamanı Şimali Koreya ilə dialoqu bərpa etmək istədiyini bildirmişdi.

Gülayə Mecid