Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu Adam Kadırov regionun Daxili İşlər Nazirliyinin kuratoru təyin olunub.

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Qeyd olunur ki, təyinat Kadırovun əmri ilə həyata keçirilib. Məlumata görə, Kadırovun oğlu iclas keçirib, 17 yaşlı yeniyetmə ilə görüşə regional Daxili İşlər Nazirliyinin əməkdaşları toplanıb. 

İclasda Adam Kadırov idarədə dəyişiklikləri açıqlayıb, həmçinin bir neçə zabiti mükafatlandırıb.

Gülayə Mecid