Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli aprelin 3-də saat 10:00-da Saatlı rayon Gənclər evində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71A) Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək.
Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən bildirilib.
Vətəndaşlar aprelin 2-dək nazirliyin [email protected] elektron poçt ünvanı və (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.