Vətən müharibəsi qazisi Elçin Səmədov ata olub.

"Unikal" xəbər verir ki, qazinin qız övladı dünyaya gəlib. Körpəyə Zəhra adı verilib. 

Qeyd edək ki, E.Səmədov Vətən müharibəsi şəhidi Səbuhi Məmmədovun övladı Aytac Məmmədova ilə ailə həyatı qurub. 

Xatırladaq ki, müharibədə çoxsaylı qəlpə yarası almış E. Səmədov anası və iki qardaşı ilə birgə ağır məişət şəraiti olan vaqonda yaşaması ilə gündəmə gəlmişdi. Bundan sonra ailə evlə təmin olunmuşdu.