Moskva Vaşinqtonun Tehrana qarşı güc tətbiq etmək hədələrini yersiz hesab edir və bu cür taktikanı pisləyir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Həqiqətən təhdidlər və ultimatumlar eşidilir, biz bu cür üsulları yersiz hesab edirik, pisləyirik. Xüsusən də nüvə infrastrukturuna hücum olarsa, bunun nəticələri bütün region üçün fəlakətli ola bilər. Mən bunun Tehranın hərəkətləri baxımından hansı nəticələrə gətirib çıxara biləcəyindən danışmıram. Bunu iranlı tərəfdaşlar da açıq və aydın şəkildə deyirlər. Odur ki, vaxt var və qatar getməyib", - diplomat bildirib.
Ağarza Elçinoğlu