BMT təyyarəsi Somalidə sərt eniş edib və yanıb.
"Unikal" xəbər verir ki, təyyarənin eniş şassisi sıradan çıxıb və o, ilk olaraq uçuş-enmə zolağından keçib.
İlkin məlumata görə, Moqadişu hava limanında Birləşmiş Millətlər Təşkilatına məxsus təyyarənin sərt enişi zamanı bir nəfər xəsarət alıb. Salonda 17 nəfər olub.
Təyyarənin ön eniş şassisi sıradan çıxıb. Eniş zamanı təyyarə burnu ilə uçuş-enmə zolağı boyunca bir neçə metr sürüşüb. Fövqəladə hadisə yerinə tez bir zamanda gələn yanğınsöndürənlər təcili enişdən sonra başlayan yanğını söndürüblər.