Türkiyənin İzmir vilayətinin Dikili rayonunda 46 qanunsuz mühacir saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Türkiyə ərazisinə qanunsuz yolla daxil olmuş bir qrup mühaciri daşıyan rezin qayıq Dikili sularında sahil mühafizəçiləri tərəfindən aşkarlanıb.

Mühafizə komandanlığının əməkdaşları mühacirləri sahilə təxliyə edərək, onları müvafiq prosedurların aparılması üçün yerli miqrasiya idarəsinə təhvil verib.