Paris məhkəməsinə beş il müddətinə prezidentliyə namizədliyini irəli sürmək qadağan edilmiş müxalifət lideri Marin Le Penin ifrat sağçı "Milli birlik" partiyasına qarşı iş üzrə üç apellyasiya şikayəti verilib.

"Unikal" xəbər verir ki, lakin onları kimin təqdim etdiyi barədə heç bir məlumat verilməyib.

Apellyasiya məhkəməsi açıqlamasında bildirib ki, 2027-ci il prezident seçkiləri ərəfəsində 2026-cı ilin yayında şikayətlərə dair qərar verəcək.

Le Pen 4 il həbs cəzasına - iki il şərti və iki il ev dustaqlığı - və 100 min avro cərimə cəzasına məhkum edilib. Lakin onun şikayətləri bitənə qədər bu cəzalar tətbiq edilməyəcək.