Azərbaycanın "Avroviziya 2025" mahnı müsabiqəsindəki təmsilçisi "Mamagama" qrupu Niderlandın paytaxtı Amsterdamda keçirilən ənənəvi “Eurovision in Concert” tədbirində iştirak edərək ilk dəfə canlı çıxışını gerçəkləşdirib.

"Unikal" xəbər verir ki, "Mamagama" qrupu səhnədə "Avroviziya 2025" üçün təqdim etdiyi “Run With U” adlı mahnısını canlı şəkildə ifa edilib. 

Konsertdən əvvəl baş tutan mətbuat konfransı zamanı isə "Mamagama" qrupu müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandırıb, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi mesajları barədə ətraflı məlumat verib. Təmsilçilər eyni zamanda, digər iştirakçılarla da tanış olaraq müsabiqə öncəsi münasibət qurublar.