Musiqi, incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilib.

"Unikal" xəbər verir ki, müəllimlərin 80 faizə yaxını uğurla attestasiyadan keçiblər. Eyni zamanda bir qrup müəllim təlim ehtiyaclarına uyğun təlimlərə cəlb olunmaqla yenidən müəllimlik fəaliyyətlərini davam etdirə biləcəklər.

Tanınmış sənət adamları attestasiya ilə bağlı fikirlərini bildirirlər. Xalq artisti Şükür Səmədov da attestasiyadan danışıb və bu addımı alqışlayıb.