Aktyor, rejissor və dublyaj ustası Ahmet Levendoğlu 80 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə aktyor Yıldıray Şahinler sosial media hesabında bildirib.

Ahmet Levendoğlunun dəfn mərasimi aprelin 8-də Atatürk Mədəniyyət Mərkəzində, dəfni isə Zincirlikuyu qəbiristanlığında keçiriləcək.

Levendoğlu “Kırılmış Yaşamlar” və “Ateşli Günler” seriallarında, Amerikanın “Gənc İndiana Cons” serialında, “Baharın Bittiği Yer” və “Yaz Yağışı” filmlərində rol alıb.