Ssenarisi Əli Ucala aid olan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olub. 

"Unikal" xəbər verir ki, filmdə Buzovnada yaşayan qadının əxlaqsız kimi təqdim olunması buzovnalıları qəzəbləndirib. 

Rejissor Elçin Ağazadə bildirib ki, Buzovna ağsaqqalları filmin yaradıcı heyətini görüşə çağırıb. Görüşdən sonra filmdən Buzovna qəsəbəsinin adı çıxarılıb.

"Ssenarist Əli Məmmədova öz adımdan və dostlar adından təşəkkür edirəm. 200 mindən çox izlənmiş filmdən Buzovna qəsəbəsinin adının çıxarılmağına razılıq verdi. Artıq film yeni variantda yayımlanır", - deyə rejissor qeyd edib.