"Tənhalıq Allah heç kimə göstərməsin. Kişi gedib başını qatır. Qadın üçün tənhalıq faciədir. Bunu yaşayanlar bilir. Övladı olanlar var, amma əvvəlki kimi deyil. Övladlar əvvəl analarını əllərinin içində saxlayırdı. İndi yox. Qadına qulaq yoldaşı lazımdır".

"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Elgizlə izlə" verillişində deyib. Aktrisa ikinci dəfə ailə qurmağı tənqid edənlərə cavab verib:

"Hər şeyin sərhədi olmalıdır. Ailə qurmaq ayıb deyil. Ailəsiz qadın tacsız kraliçadır. Yaşın fərqi yoxdur. Ailəyə başqa cür baxanda mənə pis təsir edir".