Yanvar ayında insult keçirən Xalq artisti Fatma Mahmudova uzun müddət sonra efirə çıxıb.
"Unikal" xəbər verir ki, aktrisa "Tarixin bir günü" verilişinə qonaq gəlib.
"Allahmdan çox razıyam. Mən o dünyadan gəlmişəm. 2 ay burada yox idim. Bu gün yaşayıramsa, bunu Allah edib. Bəlkə kiməsə yaxşılıq etmişəm. Heç bir verilişə gedə bilmirəm. Hər şey illərdir üst-üstə yığıldı. 1991-ci ildə ağır qəza keçirtmişəm, terrorun ilk qurbanı mən olmuşam. Gəncənin girişində avtobus partlayıb içində mən olmuşam. Bunlar indi büruzə verdi. Yaxşı ki, belə oldum. Belə olmasaydım, insanları tanımazdım. Çox adamı kəşf etdim".