Məşhur müğənni Madonna iyirmi illik küslülükdən sonra həmkarı Elton Con ilə barışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
Madonna şəxsi bloqunda Con ilə birgə fotosunu yerləşdirib. O, sənətçi ilə "Saturday Night Live" şousunda səhnə arxasında görüşdüyünü bildirib və müğənni ondan bağışlanmasını istəyib.
"Onun ilk dediyi "məni bağışla" oldu və aramızdakı divar uçdu. Bağışlamaq güclü bir vasitədir. Bir neçə dəqiqə qucaqlaşdıq", - deyə Madonna qeyd edib.
Madonnanın sözlərinə görə, Con hətta ona həsr olunmuş mahnı da yazıb və onu əməkdaşlığa dəvət edib.
Qeyd edək ki, Madonna və Elton Con 2004-cü ildən bir-birləri ilə küslüdürlər. Münaqişə Con Eltonun Madonnanın "Die Another Day" trekini sərt şəkildə tənqid etməsi ilə başlayıb. O, kompozisiyanı "tarixdəki ən pis Bond mövzusu" adlandırmışdı.
Gülayə Mecid