Rusiya Ermənistan və Azərbaycanı sərhəddə hər hansı eskalasiyaya yol verməməyə çağırır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyəti izləyir: "Biz Bakı və İrəvanı vəziyyətin pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırışımızı bir daha təsdiqləyirik. Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə və gərginliyin azaldılması üçün addımlar atmağa çağırışımızı təkrar edirik".
Ağarza Elçinoğlu