Elm və Təhsil Nazirliyi tərəfindən şəhid və hərbçi ailəsi üzvlərinin, Vətən Müharibəsi iştirakçısı, qazi və onların ailə üzvlərinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilməkdədir.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, görülmüş işlər çərçivəsində 2021-2022-ci illərdə 1900-dən çox, 2023-2024-cü illərdə isə 2200-dən çox şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub.
Qeyd edək ki, şəhid, qazi, hərbçi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar edilən müraciətlər hər zaman xüsusi diqqətdə saxlanılır.