Daşkəsəndə 36 yaşlı kişi 3-cü mərətəbədən yerə yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini 1989-cu il təvəllüdlü E.Hümbətov 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb.

Yıxılan 36 yaşlı E.Hümbətov dərhal xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, E.Hümbətov qonaq getdiyi evdən yıxılıb.

Qeyd edək ki, 3-cü mərtəbədən yıxılan E.Hümbətovun hərbçi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov