"Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun həm böyük təcrübəyə malik, həm də gənc  peşəkar hüquqşünaslarla komplektləşdirilməsinin nəticəsində hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılıb. Yaxın zamanlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatları gözlənilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib. O bildirib ki, hazırda hakimliyə namizədlər müsahibə mərhələlərində topladıqları ballara uyğun özlərinə vakant vəzifələri seçirlər:

"Son il yarım ərzində 93 hakimliyə namizəd bu qaydada seçim edib. 2023-2024-cü illərdə 281 hakim barəsində təyinatlar aparılıb. Maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır. Hakimlərin qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tərkibində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üzrə elektron platforma yaradılması nəzərdə tutulub. Platformada hər bir hakimə aid şəxsi kabinet yaradılır, hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair bütün məlumatların elektron platformaya əlavə olunmasını təmin edilir və hakimlərə zəruri hesab etdikləri məlumatları şəxsi kabinetə daxil etmək imkanı yaradılır. Bir çox statistik məlumatlar avtomatik qaydada kabinetdə yerləşdiriləcək".

Anar Kəlbiyev