"Bahalı hədiyyələrdən çox qorxuram. Rusiyadan bizə qonaq gəlmişdi. Dedi ki, istəyirəm sizə sponsorluq edəm, mahnılar, konsert, nə istəyirsiniz edək. Pul barəsində dərdiniz olmayacaq".

"Unikal" xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "Tarixin bir günü" verilişində deyib. 

"Mən də varlı ailənin qızı olmamışam. Traktorçunun qızı, zülmlə pul qazanalardan olmuşam. Dedim, geyimimə qarışmayacaqsınız? Cavab verdi ki, müəyyən şeylər var, etməliyik. Dedim, siz mahnıya qarışa bilərsiniz, geyim tələb edə bilməzsiniz. Geyimimə həyat yoldaşım qarışa bilər. Əsl qadın ərinin papağını uca tutandır. Dünyaya uşaq gətirməklə deyil. Demək olmaz uşaq dünyaya gətirdim, hər istədiyimi edə bilərəm".