"Qarşı tərəf bərabər mövqe tutsa, ilkin qarşılıqlı anlaşmaya nail olmaq imkanı yaranacaq".
"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Omana gedən İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, bu da öz növbəsində danışıqlar prosesinə yol aça bilər.
"Əgər kifayət qədər siyasi iradə olarsa, biz danışıqlar üçün qrafiki razılaşdıracağıq", - nazir əlavə edib.