Məşhur reper Niki Minajın evində atışma xəbərindən sonra polis axtarış aparıb.

"Unikal" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. 

Belə ki, naməlum şəxslər Nikinin evinə basqın edib, atəş açıb.  Xəbərdarlıq üzərinə əraziyə polis gəlib.  Lakin polis gələnə qədər naməlum şəxslər qaçmağı bacarıblar.  

Hüquq-mühafizə orqanları evdə axtarış aparmalı olublar.  Hadisənin digər təfərrüatları açıqlanmayıb.