2018-2019-cu illər arasında Star TV-də yayımlanan "Avlu" serialı yeni mövsümün hazırlıqlarına başlayıb.
"Unikal" xəbər verir ki, serial əri tərəfindən şiddətə məruz qalan, qızının törətdiyi qətlin günahını öz üzərinə götürüb həbsxanaya düşən "Deniz"in orada yaşadıqlarından bəhs edir. Yayımlandığı müddətdə 44-cü bölümü ilə mövsüm finalını edən serial, Star TV-nin yayım hüquqlarını yeniləməməsi və baş rol ifaçılarının fərqli layihələrə keçməsi səbəbindən davam etməyib.
Prodüser şirkəti "Limon Film" tərəfindən yayımlanan treylerdə serialın yenidən çəkiləcəyi açıqlanıb. İctimaiyyətin maraqla gözlədiyi digər sual isə serialda Demet Evqar və Ceren Moray kimi adların yenidən yer alacağıdır.
Yeni mövsümün hansı platformada yayımlanacağı və aktyor heyətində hər hansı dəyişikliyin olub-olmayacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.