Türkiyəli məşhur fenomen Danla Bilicə şiddət göstərən eks-sevgilisi Berk Çetin həbs olunub.
"Unikal" xəbər verir ki, hadisə ilə əlaqədar araşdırmaya başlayan polis qrupları Berk Çətini Dənizlidə yaxalayıb.
Şübhəli polis idarəsində verdiyi ifadəsində barəsində çoxlu əsassız şikayətlər edildiyini bildirib.
Çetin Sülh Cəza Məhkəməsində dindirildikdən sonra həbsxanaya göndərilib.