İsrail Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına raket zərbələri endirib.
"Unikal" xəbər verir ki, zərbələr nəticəsində təcili yardım və digər binalar zədələnib.
Hücumdan bir müddət əvvəl özünü İsrail təhlükəsizlik zabiti adlandıran bir şəxs xəstəxanaya zəng edib. Bundan sonra xəstəxanaya yerləşdirilən xəstələr təxliyə edilib.
"Yüzlərlə xəstə və yaralı gecə yarısı evakuasiya edilməli olub və onların bir çoxu indi tibbi yardım olmadan küçələrdədir və həyatlarını riskə atırlar", - deyə həkim Xəlil Əl-Dekran bildirib.
İsrail tərəfi iddia edir ki, zərbə tibb müəssisəsindən istifadə etdiyi iddia edilən Fələstinin HƏMAS hərəkatına qarşı yönəlib.