Aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfransdan əvvəl Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, prokurorluq əməkdaşları və digər qonaqlar universitetin kitabxanası, kriminalistika otaqları və digər tədris avadanlıqları ilə tanış olub. 

Qonaqlara Qarabağ Universitetinin müasir standartlara cavab verən zəngin kitabxana fondu, elektron resurslar sistemi və tələbələrin elmi tədqiqat fəaliyyətini dəstəkləyən şərait barədə ətraflı məlumat verilib.

Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib.

Məlumat verilib ki, Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş kriminalistika otağı hüquqşünaslıq ixtisasının tələbələri üçün praktik təlimlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu otaq, tələbələrin real cinayət hadisələri ilə bağlı praktiki bacarıqlarını inkişaf etdirməyə, hüquq tətbiqi sahəsindəki biliklərini gücləndirməyə imkan verir.

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. 

"Unikal" xəbər verir ki, bu çərçivədə, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

Konfrans zamanı çıxış edən Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və medianın nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edir.

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.