Türkiyəli məşhur müğənni Sibel Can qatıldığı verilişdə qazandığı ilk pulla nə aldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, aparıcı sənətçiyə "Qazandığınız ilk pulla nə aldınız?" sualını ünvanlayıb.
Can isə cavabında "İlk qazandığım pulla xırda şeylər bir yana, altında dükan olan beş mərtəbəli bir bina aldım. O vaxtlar Karagümrükdə (İstanbul ili, - red) evlər də ucuz idi", - deyib.
Bununla yanaşı, o, Bodrum əvəzinə Mayamidə villa almağa düşündüyünü açıqlayıb.
Gülayə Mecid