Amerikalı müğənni Keti Perri suborbital uçuşdan qayıtdıqdan sonra yeri öpüb.
"Unikal" xəbər verir ki, bu, "Blue Origin"in saytında canlı yayımlanıb.
Kapsuldan çıxandan dərhal sonra Perri səmaya çobanyastığı qaldırıb, sonra yerə əyilib və simvolik olaraq torpaı öpüb - bu jest tarixi uçuşun ifadəli sonu olub.
"New Shepard" gəmisi aprelin 14-də kosmosa buraxılıb və bütün uçuş təxminən 11 dəqiqə çəkib. Ekipaj yalnız qadınlardan ibarət olub: Perrini kosmosa "Blue Origin"in yaradıcısı Ceff Bezosun nişanlısı Loren Sançes, teleaparıcı Qeyl Kinq, film prodüseri Kerrien Flinn, keçmiş NASA mühəndisi Aişa Bou və bioastronavtika mütəxəssisi Amanda Nqueen müşayiət edib.
Uçuşun təşəbbüskarı Sançes olub və o, həm də ekipajın formalaşmasına nəzarət edib. Bu, Valentina Tereşkovanın təkbaşına kosmosa getdiyi 1963-cü ildən bəri qadınların ilk kosmosa uçuşudur.
Kapsul Yer atmosferinin şərti sərhəddini - planeti və kosmosu rəsmən ayıran Karman xəttini keçərək təxminən 100 kilometr yüksəkliyə çatıb.