"Uşaqlar gəlib elə mahnılar oxuyurlar ki... Bunu haradan tapırlar, bu nədir? Hansı xalqın mahnısıdır? Aygün Kazımova və Röya Ayxanı qəfəsə salıb deyələr, bayağı mahnı oxuyun, yoxsa 50 il burada qalacaqsan. İnanın, onlar oxumaz".
"Unikal" xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib.
"Televiziya və radionun missiyası insanları maarifləndirmək, gündəmdə olan məsələləri işıqlandırıb, müzakirə etmək, insanların gündəlik qarşılaşdığı problemləri gündəmə gətirmək, dünyada baş verən hadisələri operativ şəkildə çatdırmaq, düşündürmək, əyləndirməkdir. O missiyalardan biri də insanların musiqi zövqünü formalaşdırmaqdır. Efir vasitəsilə həmkarlarıma səslənirəm, təklif edirəm ki, bayağı, şit, səsi olmayan, amma ulduz kimi təqdim olunan ifaçıları "boykot" edək. Hamımız söz verək onları efirə dəvət etməyək. Bu siyahıda mən birinciyəm. Qoşulursunuzsa, bunu edək, amma əgər bu tərəfdən qoşulub, digər tərəfdən efirinizə həmin ifaçıları çağıracaqsınızsa, o zaman sözüm yoxdur".