Rusiyanın Stokholmdakı səfirliyi hücuma məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
 
“Diplomatik nümayəndəliyin xidməti binasının mərkəzi girişinin qarşısında, eləcə də onun ərazisindəki yaşayış kompleksinin qarşısına (səfirliyin məktəbi də yerləşir) asfaltın üzərinə boya qabları atılıb”, - deyə məlumatda bildirilir. 

Hadisə ilə bağlı polisə məlumat verilib, İsveç Xarici İşlər Nazirliyinə Rusiya diplomatik missiyasının toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi tələbi ilə nota göndərilib.

Gülayə Mecid