Bəzi icra başçıları sahibkarları necə susdurur?
11:28 21-08-2013
İQTİSADİYYAT
Bəzi icra başçıları sahibkarları necə susdurur?
İş adamları "siyasi qurban" olmaqdan qorxurlar
Bəzi rayonlarda sahibkarlar yerli icra hakimiyyətlərinin təhdidi ilə üzləşib. Onlar yenə də haqsızlıqla üzləşir, icra başçılarına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilir, amma bununla bağlı şikayət edə bilmirlər.
Bu barədlə redaksiyamıza məlumatlı mənbə bildirib. Mənbənin deməsinə görə, bəzi rayonlarda sahibkarlara seçki ərəfəsində "yuxarılar"a və ya mətbuata yerli rəhbərliklə bağlı hər hansı şikayət ünvanlanarsa, buna siyasi rəng veriləcək, belə narazılıqlar onlavrın yaşadıqları və çalışdıqları rayonlarda seçkiqabağı gərginlik yaratmaq cəhdi kimi qiymətləndiriləcək. Sahibkarlar isə bu cür təhdidlər qarşısında məcbur olub üzləşdikləri süni əngəllər, bürokratik maneələr qarşısında səssiz qalırlar: "Onsuz da sahibkarlar Azərbaycanda ən çox qanunsuzluqla üzləşən təbəqədir. Onlar yerli-yersiz şəkildə yoxlamalara məruz qalır, "taska"ya oturdulur. Seçki ərəfəsində də belə hallar xüsusilə bəzi yerli icra hakimiyyəti başçıları tərəfindən davam etdirilir. Sadəcə, seçki öncəsi "siyasi qurban"a çevrilmək qorxusu iş adamlarını susmağa, hər hansı etiraz bildirməkdən, şikayət etməkdən çəkinməyə məcbur edir. Təəssüf ki, bizdə bəzi sahibkarlar məmurları yemləyir və korrupsiya üçün şərait yaradırlar. Sonra da özləri bu problemdən əziyyət çəkirlər. Məsələn, şikayət olunur ki, filan rayonda sahibkarlardan pul yığırlar. Yenə də təəssüf ki, belə hallarla qarşılaşan hər 100 sahibkardan yalnız 5-10 nəfəri bununla bağlı müraciət edir. Amma digərləri pulunu verir və korrupsioner iş birliyində iştirak edirlər. Bax bu, faciədir. İndi isə artıq seçki bəhanəyə çevrilib, hər xırda şikayət gərginlik yaratmaq, pozuculuq fəaliyyəti kimi qələmə verilir. Bu səbəbdən susmayan, məmurları yemləmək, onlarla korrupsiya sövdələşməsinə girmək istəməyən sahibkarların da vəziyyəti qəlizləşib Artıq onlar da yerli icra başçılarının siyasi təhdidləri ilə üzləşdikləri haqsızlıqlarla bağlı susmağa məhkum olunub".
Bəzi rayonlarda yerli rəhbərlərin sahibkarlara ya susmaq, verilən əmrlərə qeyd-şərtsiz tabe olmaq, ya da müxalifətlə gizli əməkdaşlıqda suçlanmaq, ara qarışdırmağa cəhd etməkddə ittiham olunmaq seçimi qarşısında qalaraq birinci yolu seçdiyini mənbə, bu vəziyyətin seçkidən sonra da aradan qalxacağına bir o qədər inanmır. Çünki böyük ehtimalla, bəzi icra başçıları bu üsulun effektiv olduğunu görüb ondan gələcəkdə də yararlanmaq istəyəcəklər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17