Hindistan 2022-2024-cü illərdə Ermənistana idxal edilən silahların 43%-ni tədarük edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən yazıb. 

Məlumata görə, 2016-2018-ci illərdə bu rəqəm demək olar ki, sıfıra bərabər olub. 

Ermənistan Hindistana 2023-cü ildə, Hindistan isə 2024-cü ildə Ermənistana hərbi attaşe təyin edib.

Hindistan  Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın 2024-2025-ci maliyyə illəri üçün Hindistandan 600 milyon dollarlıq silah alıb. 2021-ci ildən başlayaraq Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və digər silahlar alır.

Ağarza Elçinoğlu