Polşa hakimiyyəti etirazçılara qarşı güc tətbiq etməkdə şübhəli bilinən Gürcüstan təhlükəsizlik orqanlarının 8 nümayəndəsinin ölkəyə girişini məhdudlaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
“Gürcüstanda müxalifətə qarşı repressiyaların artmasına cavab olaraq, Polşa etirazçılara qarşı güc tətbiq etməkdə məsul olan səkkiz təhlükəsizlik qüvvələri üzvünə ölkəyə giriş qadağası qoyub”, - bəyanatda deyilir.
Lakin Xarici İşlər Nazirliyi həmin təhlükəsizlik işçilərinin adını açıqlamayıb.