İtaliyanın Neapol əyalətinin Monte Faito şəhərində kanat kabeli qırılıb, ölənlər var.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Təhlükəsizlik sistemi kabinləri bağlasa da, onlardan ikisi havada asılı vəziyyətdə qalıb. Məlumata görə, dağa ən yaxın olan, içərisində dörd sərnişin və xidmət personalı olan kabin uçuruma düşüb.

Qapalı vəziyyətdə qalan 11 nəfər təhlükəsizlik kəmərindən istifadə edilərək təxliyə olunub.