2016-2024-cü illərdə gömrük orqanları tərəfindən 13 tondan çox narkotik vasitə və psixotrop maddə ələ keçirilib. 

"Unikal" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Mehriban Əsgərova deyib. 

Onun sözlərinə görə, ələ keçirilən narkotik vasitələrin 64%-ni heroin təşkil edib. 

M.Əsgərova qeyd edib ki, son 7 ildə ölkəyə gətirilməsi planlaşdırılan həmin narkotik vasitələrin 98,3 faizi İrandan olub. 

Ağarza Elçinoğlu