Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə Rusiya telekanallarının sayını azaltmağa çağırıb.

"Unikal" xəbər verir ki,  bu  barədə Ermənistan mətbuatı məlumat dərc edib. 

Onun sözlərinə görə, hazırda Fransa tərəfi tezliklər istəyir.

"Hesab edirəm ki, bizim ictimai multipleksimizdə xarici televiziya şirkətlərinin olması əhəmiyyətli dərəcədə azaldılmalıdır”, -  o əlavə edib.

Qeyd edək ki, Ermənistanda ictimai multipleksdə yalnız Rusiyaya məxsus televiziya kanallarının yayımı həyata keçirilir.