Ermənistanın Sünik rayonunda İrana məxsus yük maşını aşıb.
"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Sürücü 47 yaşlı Kərim Nəzəri idarə etdiyi “Mack” markalı yük maşını ilə idarəetməni itirərək yoldan çıxaraq ağaclara çırpılıb və maşın aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qafan xəstəxanasına yerləşdirilib.
Qəzadan sonra yanacaq dağılması baş verib. Bundan əvvəl aprelin 13-də Sünikdə İranın daha bir yük maşını aşmışdı.