Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp iyunda Haaqada keçiriləcək NATO sammitindən əvvəl görüşməyi planlaşdırırlar.
"Unikal" xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadən yazır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Ankara ilə Vaşinqton Türkiyə və ABŞ prezidentləri arasında planlaşdırılan danışıqların tarixini və yerini müəyyənləşdirir.
"Ərdoğan və Trampın birlikdə qatılacağı ilk beynəlxalq sammit 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammiti olacaq. Lakin buna qədər iki liderin Türkiyədə və ya ABŞ-də görüşü gözlənilir", - deyə qəzetin məlumatında qeyd olunub.
Ağarza Elçinoğlu