Almaniya Bundesliqa çempionatının 30-cu turunda lider "Bavariya" "Haydenhaym"ın qonağı olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı Vinsent Kompaninin rəhbərlik etdiyi komanda rəqibin qapısından 4 cavabsız top keçirib. 

İngiltərə yığmasının hücumçusu Harri Keyn, avstriyalı yarımmüdafiəçi Konrad Laimer, fransalı hücumçu Kinqsli Koman və almaniyalı yarımmüdafiəçi Coşua Kimmix fərqlənib.

Hazırda "Bavariya" 72 xalla turnir cədvəlinə başçılıq edir, "Haydenhaym" isə 22 xalla 16-cı yerdədir.

Ağarza Elçinoğlu