Xəbər verdiyimiz kimi, ötən gün birinci Qarabağ müharibəsi qazisi Telman Omarov Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağını qaçırıb.

"Unikal" İTV-yə istinadən xəbər verir ki, Telman Omarov uşağı pulla aldadıb, daha sonra onu maşına qoyaraq evinə aparıb. 

Azyaşlının nənəsi bildirib ki, uşağın itdiyini görəndə onun yaxınlıqdakı arxa düşdüyünü düşünüblər: "Maşının yanında durub gözləyirmiş. Uşaq həyətə çıxanda ona 1 manat uzadıb. Uşaq əlini pula uzadanda götürüb maşına qoyub. Evin hər iki tərəfində arx var. Əvvəl elə bildik arxa düşüb. Sonra öyrəndik ki, Telman uşağı qaçırıb".